From Wikipedia, the free encyclopedia
Estoniya qadınlardan ibarət milli voleybol komandası — Estoniyanı qadın voleybolunda təmsil edən milli komanda. Bu milliyə Estoniyadakı ən güclü qadın voleybolçular çağrılır. Milliyə nəzarət Estoniya Voleybol Federasiyasının əlindədir.
Estoniya | ||
Reytinqdə sırası | İlk 131-likdən kənardadır (2014 yanvar ayı üçün)[1] | |
Konfederasiya | CEV | |
Federasiya | EVF | |
Məşqçi | Peeter Vahtra | |
İnternet Saytı | Estoniya Voleybol Konfederasiyası | |
Olimpiya oyunları | ||
---|---|---|
İştirakı | - | |
Ən yaxşı nəticəsi | - | |
Dünya çempionatı | ||
İştirakı | - | |
Ən yaxşı nəticəsi | - | |
Avropa çempionatı | ||
İştirakı | - | |
Ən yaxşı nəticəsi | - |
Estoniya 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra müstıqil oldu və elə həmin il voleybol federasiyasını yaradan ölkə öncə FİVB daha sonra isə CEV üzvü ola bildi. Milli komandanın digər ölkələrə görə gec yaradılması onun inkişafını da ləngidirdi. Estoniya qadın millisinin son illərdəki ən güclü çıxışı Azərbaycanda olmuşdu. Belə ki, 2014-cü ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan, Serbiya və İsrail milliləri komandaya rəqib idi. Turnirin öncəsində Belarus kimi heç də zəif sayılmayan milli komandanı yoldaşlıq görüşündə məğlub edən estonlar Bakıda keçiriləcək təsnifat mərhələsinə böyük əfval-ruhiyyədə gəlmişdilər.[2] Ancaq seçmə mərhələdə hər üç görüşdə "3-0" hesabı ilə məğlub olan komanda dünya çempionatına vəsiqə qazana bilməmişdi. Ancaq estonların Bakıdakı qarşılaşmalarda göstərdiyi əzmkar oyun böyük rəğbət qazanmışdı.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.