Evridika (Perinin operası)
From Wikipedia, the free encyclopedia
"Evridika" Yakopo Perinin operasıdır. Bu opera dövrümüzə çatan ən erkən operalardandı, Perinin öncəki əsəri "Dafne" itirilmişdir. Ottavio Rinuççininin librettosu Ovidinin əfsanəvi musiqiçi Orfey və onun xanımı Evridika barədə olan X və XI "Metamorfozlar" kitabına əsaslanmışdır. İlk dəfə 6 oktyabr 1600-cü ildə Fransa kralı IV Henrixlə Mariya Mediçinin Florensiyadaki toylarının şərəfinə olan saray şənliklərində göstərilmişdir. Premyerada Orfey rolunu Perinin özü ifa etmişdir.[1]
Cəld faktlar Bəstəkar, Librettoçu ...
Evridika | |
---|---|
Euridice | |
Bəstəkar | Yakopo Peri |
Librettoçu | Ottavio Rinuççini |
Dili | italyan |
Süjet | Metamorfoza |
Janr | musiqili dram |
Pərdə | 3 pərdə |
Yaradılma tarixi | 1600-cü il |
İlk səhnələşdirmə | 6 oktyabr 1600 |
Premyera |
6 oktyabr 1600-cü il Palazzo Pitti, Florensiya |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla