From Wikipedia, the free encyclopedia
Eyforiya — insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyətdir. Psixiatriyada Eyforiya, hər zaman patoloji məna daşıyır və çox vaxt beyinlə bağlı xəstəliklərin ilkin əlamətidir. Yoluxucu deyil, insanın səbəbsiz şən olmağı; çünki məmnuniyyət duyğusu şüur məhrumluğuna və kədər yaxud təlaş duymamağa söykənir. Eyforiyaya, misal olaraq, oyunu öndə aparan futbolçuların, ikinci hissədə oyunda rahatlaşması kimi bir halı misal göstərə bilərik. Qandakı spirt miqdarıyla əlaqədar olaraq da meydana gələ bilər. Bu vəziyyətdə 100 ml qan içərisində 50–100 mg spirt olur. Ayrıca morfin, meperidin və daha az olmaqla birlikdə metadon kimi narkotik ağrıkəsicilər də Eyforiyaya səbəb ola bilər. Muskarinmimetik preparat olan arexolin Eyforiya halı törədə bilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.