italyan futbolçusu From Wikipedia, the free encyclopedia
Feliçe Plaşido Borel (ital. səslənmə: [feˈliːtʃe boˈrɛl]; 5 aprel 1914[1], Nitsa – 21 yanvar 1993, Turin) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya millisi ilə 1934-cü il Dünya Çempionatının qalibi olub.
Futbolçu Ernesto Borelin oğlu və Aldo Borelin kiçik qardaşıdır, buna görə tez-tez II Borel kimi qeyd olunur. "Yuventus" klubunun ən yaxşı bombardirlərindən biridir — 157 qol.
1932-ci ildə peşəkar futbolda debüt edib. İlk klubu İtaliya A Seriyasında 206 oyuda iştirak edərək doqquz mövsüm keçirdiyi "Yuventus" klubu olur. Bu müddət ərzində üç dəfə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır.
1941-ci ildə Yuvenin əsas rəqibi "Torino" klubuna keçir, lakin növbəti mövsüm doğma klubuna qayıdır.
Karyerasının son üç ilində yalnız iki matç keçirdir, biri "Alessandria" klubunun heyətində, digəri isə "Napoli" klubunun heyətində.
22 noyabr 1933-cü ildə Borel İtaliya milli komandasında Macarıstana qarşı oyunda debut edir və həmin matçda yeganə qolu vurur. Milli komandanın tərkibində 1934-cü il dünya çempionatında iştirak edərək dünya çempionu olur.[2]
1958–59 mövsumundə "Kataniya" klubunun Direktoru olur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.