Fermentlər
From Wikipedia, the free encyclopedia
Fermentlər – zülal təbiətli üzvi katalizatorlardır. Canlı orqanizmlərdə gedən bütün biokimyəvi proseslərdə iştirak edir və həmin prosesləri sürətləndirirlər. Hazırda 1000-dən çox ferment məlumdur. Bunlardan 100-ə qədəri kristallik şəkildə alınmışdır. Başqa sözlə, fermentativ reaksiyalar canlı orqanizmin fəaliyyətinin molekulyar əsasını təşkil edir. Fermentlər zülal təbiətli bioloji katalizatordur. «Ferment» sözü latınca «fermentum» sözündən götürülüb, mənaca «qıcqırma» deməkdir. Onu ilk dəfə XVII əsrdə yaşamış Van Helmont elmə gətirmişdir. Bəzi ədəbiyyatlarda fermentin sinonimi olan «enzim»dən istifadə edilir. Enzim yunanca «enzume» sözündən götürülüb, mənaca «maya» deməkdir.