From Wikipedia, the free encyclopedia
Forik əlaqələr — bioloji aləmdə bir növün digər növün yayılmasında iştirakı. Hər hansı bioloji növün toxumlarının daşınması rolunda heyvanlar çıxış edir.
Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması zooxoriy, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Bitki növlərinin daşınması adətən xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsilə baş verir.[1]
Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla daşıyırlar. Passiv üsul — heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. Bitkinin toxumu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, pıtrax, fıstıq) heyvanın bədəninə (tükünə) ilişərək aparılır. Aktiv üsul – heyvanların (ən çox məməlilər və quşlar) bitkilərin meyvə və giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə müxtəlif yerlərə daşıyırlar. Bu üsulla bitki növləri 100 kilometrlərlə uzağa yayıla bilirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.