Fəzlullah Rəşidəddin
From Wikipedia, the free encyclopedia
Fəzlullah Rəşidəddin (1247, Həmədan – 18 iyul 1318, Təbriz) — tarixçi, həkim, dövlət xadimi. 1247-ci ildə Həmədandan , yəhudi ailəsində anadan olmuşdur . 30 yaşında İslamı qəbul edən Rəşidəddin çox keçmədən Elxani dövlətinin qüdrətli 3 hökmdarının vəziri olmuşdur.
Fəzlullah Rəşidəddin Həmədani | |
---|---|
fars. رشیدالدین فضلالله همدانی | |
Doğum tarixi | |
Doğum yeri | Həmədan |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vətəndaşlığı | Elxanilər dövləti |
Uşağı | |
Elm sahəsi | tarix |
Vikianbarda əlaqəli mediafayllar |
Fəzlullah Rəşidəddin monqol basqın və dağıntılarından sonra Elxanilər dövlətində sabit sosial və iqtisadi sistemin qurulmasına cavabdeh idi. O, həm də mühüm sənət və memarlıq himayədarı idi. Rəşidəddin Misir və Suriya, Çindən alim və tələbələri cəlb edən o cümlədən bir çox əsərlərini nəşr etdirdiyi Rəb-i Rəşidi kompleksinin qurucusudur. O, həm də məhsuldar müəllif idi. Alimin əsərlərinin bir neçəsi günümüzə qədər gəlib çatmışdır. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi sayılır. O həmçinin elmin müxtəlif sahələrindən bəhs edən 24 cildlik "Əl-əhya vəl-əsar" adlı ensiklopedik əsərin müəllifidir. Alimin "Ər-risalət əs-Sultaniyyə", "Lətaif əl-həqaiq", "Tovzihat", "Bəyan ül-həqaiq" kimi başqa məşhur əsərləri var. "Tənsuqnamə" əsəri Rəbi-Rəşididə Rəşidəddinin göstərişi ilə Çin dilindən Ərəb dilinə tərcümə etdirilmişdi.
O, Elxani hökmdarı Olcaytunu zəhərləməkdə mühakimə olunaraq 13 iyul 1318-ci ildə, 70 yaşında edam edilmişdir.