From Wikipedia, the free encyclopedia
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 2006-cı ilin mart ayından nəşr olunan “Göyqurşağı” Uşaq Jurnalı 2006-cı ilin oktyabr ayına kimi “Körpəm” adı ilə nəşr olunub. Jurnal məktəblilərin dünyagörüşünün inkişafına, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə, təhsilə marağın artmasına yardım məqsədi daşıyır. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır.
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Jurnalın hər sayında əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. Uşaqların intellektual səviyyələrinin artmasına xidmət edən məntiqi suallarla zəngin əyləncəli səhifə və rubrikalar jurnalı daha da maraqlı edir. “Göyqurşağı” Uşaq Jurnalı Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycanın bütün rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.