![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1f/March_20th_Eclipse_-_Ireland_cropped.jpg/640px-March_20th_Eclipse_-_Ireland_cropped.jpg&w=640&q=50)
Günəş tutulması (20 mart 2015)
From Wikipedia, the free encyclopedia
Günəş tutulması - 2015-ci ilin 20 mart (cümə) tarixində baş vermiş tam günəş tutulması. Günəş tutulması Ayın Yer və Günəş arasında olduğu zaman baş verir. Bunun vasitəsilə Ay Yerdən baxan izləyicinin Günəşin təsvirini görməsini tam və qismən olaraq dayandırır. Tam günəş tutulmas Ayın görünən diametri Günəşinkindən böyük olanda baş verir. Ay bütün istiqamətlənmiş günəş şüalarını dayandırır və gündüzü qaranlıq edir. Tam tutulma Yerdə dar bir trayektoriyada baş verir, ancaq natamam günəş tutulması minlərlə kilometr uzunluğunda ərazidə görünür.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1f/March_20th_Eclipse_-_Ireland_cropped.jpg/640px-March_20th_Eclipse_-_Ireland_cropped.jpg)
Bu tutulmanın dərəcəsi 1.045-dir. Tam tutulmanın ən uzun müddəti Farer sahillərində olmuşdur, 2 dəqiqə 47 saniyə davam etmişdir. Günəş tutulması 12 avqust 2026-cı ildə baş verəcək tutulmaya qədər Avropada görülən ən axırıncı tam günəş tutulmasıdır.[1]
Öz trayektoriyasının sonunda Ayın kölgəsi şimal qütbündə Yerin səthindən kosmosa qalxır. Martın 20-i yaz gecə-gündüz bərabərliyidir və tutulma Günəş altı aydan sonra Şimal yarımkürəsində qalxanda baş verib.[2]
Tam tutulmanın göründüyü məskunlaşılmış ərazilər yalnız Farer və Şpitsbergendir.[3]