Gürcüstan
Cənubi Qafqazda dövlət / From Wikipedia, the free encyclopedia
Gürcüstan (gürc. საქართველო – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.
Gürcüstan | |||||
---|---|---|---|---|---|
საქართველო Sakartvelo | |||||
| |||||
ძალა ერთობაშია (Dzala ertobaşia) (gürcü) "Güc birlikdədir" |
|||||
Himn: Tavisupleba |
|||||
Tarixi | |||||
• Gürcüstan çarlığı | 1008 | ||||
• Gürcüstan Demokratik Respublikası | 26 may 1918 | ||||
• Müstəqilliyin bərpası elan edilib təsdiq olunub |
9 aprel 1991 25 dekabr 1991 |
||||
Rəsmi dilləri | |||||
Paytaxt | Tbilisi | ||||
İdarəetmə forması | Unitar parlament respublikası | ||||
Prezident | Salome Zurabişvili | ||||
Baş nazir | İrakli Kobaxidze | ||||
Parlamentin sədri | Arçil Talakvadze | ||||
Sahəsi | Dünyada 121-ci | ||||
• Ümumi | 69700 km² | ||||
Əhalisi | |||||
• Əhali | 3 729 500[1] nəfər (117-ci) | ||||
• Siyahıyaalma (2014) | 3 729 635[2] nəf. | ||||
• Sıxlıq | 64 nəf./km² (129-cu) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2010) | 11.2 milyard [3] dollar (122-ci) | ||||
• Adambaşına | 2.560 dollar (119-cu) | ||||
İİİ (2008) | 0.763 (artış; 93-cü) | ||||
Valyuta | Gürcüstan larisi | ||||
İnternet domeni | .ge | ||||
ISO kodu | GE | ||||
BOK kodu | GEO | ||||
Telefon kodu | +995 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır. XIX əsrin əvvəlində Rusiyaya birləşdilib. 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra RSFSR tərəfindən işğal olundu.