Geniş açılmış gözlərlə (film)
From Wikipedia, the free encyclopedia
"Geniş açılmış gözlərlə" (ivr. עיניים פקוחות, translit. Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir.[2] Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur.[3][4] Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur.[3][5]
Geniş açılmış gözlərlə Eyes Wide Open | |
---|---|
ivr. עיניים פקוחות | |
Janr | dram filmi |
Əsas mövzu | homoseksuallıq |
Rejissor | Haim Tabakman |
Baş rollarda |
Ran Danker Zohar Ştrauss |
Operator | Aksel Şneppat |
Bəstəkar | Nataniell Mexali |
Rəssamlar | Evi Fahima, Yan Brusilovski, Nira Yar |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2009, 20 may 2010[1] |
Filmin növü | Bədii film |
Müddət | 91 dəq. |
Ölkələr |
İsrail Almaniya Fransa |
Dil | ivrit dili |
Rəng | rəngli |
IMDb | ID1424327 |
Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi. Rejissor bir neçə sadə ştrix vasitəsilə baş qəhrəmanların gizlin emosiya tufanını, gərginliyini və xarakterlərini müvəffəqiyyətlə nümayiş etdirə bilmişdir.[6]
Filmdəki süjet səhnələrinin çəkilişləri Yerusəlimdə və Tel-Əviv-Yaffo şəhərlərində reallaşdırılmışdır. Misal üçün, Aaronun qəssab dükanı qismində, Tel-Əvivin centrifikasiya edilmiş Yerusəlim bulvarında yerləşən Zalman ət dükanının interyerlərindən istifadə olunmuşdur. Gecə səhnələrinin əksəriyyətinin çəkilişləri Yerusəlimdəki Heleni ha-Malka küçəsində aparılmışdır. Aaronun ailəsi ilə yaşadığı ev, eləcə də Ezrinin keçmiş sevgilisi ilə görüşdüyü və sonda döyüldüyü qaranlıq keçid səhnəsi isə köhnə Yerusəlimin Yo'el Moşe Salomon küçəsində çəkilmişdir.[7]