Göygöl (şəhər)
Azərbaycanda şəhər / From Wikipedia, the free encyclopedia
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır.[3]
Bu məqalə Göygöl şəhəri haqqındadır. Göygöl rayonu üçün Göygöl rayonu səhifəsinə baxın. |
Şəhər | |
Göygöl | |
---|---|
40°35′25″ şm. e. 46°19′26″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1819 |
Mərkəzin hündürlüyü | 697 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 25 758[1] nəfər (2019) |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2500 |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib.