Hökümə Qurbanova
From Wikipedia, the free encyclopedia
Hökümə Abbasəli qızı Qurbanova (29 may (11 iyun) 1913, Bakı[1] – 2 noyabr 1988, Bakı) — görkəmli Azərbaycan kino və teatr aktrisası,[2] film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs, SSRİ xalq artisti (1965).
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Hökümə Qurbanova | |
---|---|
Doğum tarixi | 29 may (11 iyun) 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 2 noyabr 1988(1988-11-02) (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı |
Ələsgər Ələkbərov Nüsrət Fətullayev |
Uşaqları |
Vəfa Fətullayeva Nailə Ələkbərova |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1933-cü ildən |
Təhsili | |
Mükafatları |
1965 1960 1965 1973 1959 1949 |
IMDb | ID1300451 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb.