Hüseyn Əfəndi Qayıbov - Wikiwand
For faster navigation, this Iframe is preloading the Wikiwand page for Hüseyn Əfəndi Qayıbov.

Hüseyn Əfəndi Qayıbov

Vikipediya, açıq ensiklopediya

Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediya kömək edə bilərsiniz.
Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
Bu məqalə sonuncu dəfə Rüfət.S Aslanbəyli tərəfindən redaktə olundu. 27 gün əvvəl. (Yenilə)
Hüseyn Əfəndi Qayıbov
Doğum yeri Qazax rayonu, Salahlı

Qayıbov Mirzə Hüseyn Əfəndi (1830-1917) - maarifpərvər din xadimi, ədəbiyyatşünas, publisist, Qafqaz müftisi, Qafqaz Ruhani İdarəsinin rəisi. Dövrünün görkəmli maarifpərvərləri M.F.Axundov və İlya Çavçavadze ilə dostluq etmişdir. M.F.Axundovun məsləhəti ilə tərtib etdiyi "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" adlı dörd cildlik əlyazması milli ədəbiyyat tarixinin öyrənilməsində qiymətli qaynaqdır. General Əliağa Şıxlinskinin qaynatasıdır, Nigar Şıxlinskayanın atasıdır. Aşağı Salahlı kəndindəndir.

Həyatı

Ərəb və fars dillərini mükəmməl öyrənmiş, mədrəsədə dərs demişdir. Zaqafqaziya müftisi Məhəmməd əfəndinin köməyilə Tiflisdə müsəlman ruhani idarəsinə münşi (katib), sonra isə mədrəsəyə şəriət müəllimi təyin edilmişdir. Dövrünün görkəmli maarifpərvərləri M.F.Axundov və İlya Çavçavadze ilə dostluq etmişdir. Qori müəllimlər seminariyasında bir müddət dərs demişdir. O, 1881 ildə müəllimlikdən azad olunub Zaqafqaziya müftisi təyin edilir, ömrünün sonunadək bu vəzifədə işləyir. M.F.Axundovun məsləhəti ilə tərtib etdiyi "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" adlı dörd cildlik əlyazması milli ədəbiyyat tarixinin öyrənilməsində qiymətli qaynaqdır. Bu məcmuədə XVIII-XIX əsrlərdə yaşamış Azərbaycan şairlərinin əsərlərindən nümunələr toplanmışdır.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Hüseyn Əfəndi Qayıbov
Listen to this article