From Wikipedia, the free encyclopedia
Hüseyn Yusif oğlu Yusubov - Gürcüstan Respublikasının energetika nazirinin müavini.
Hüseyn Yusubov | |
---|---|
Hüseyn Yusif oğlu Yusubov | |
Vəzifədədir | |
7 avqust 2012-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Muğanlı, Borçalı, Gürcüstan SSR |
Təhsili | |
Uşağı | iki uşaq |
Hüseyn Yusubov 1964-cü ilin aprel ayında Borçalının Böyük Muğanlı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. İxtisasca alim-zootexnikdir. Bir müddət ixtisası üzrə çalışdıqdan sonra Kürdlər kənd sovetinin sədri, sonra Marneuli rayon bələdiyyəsinin sədri vəzifələrinə seçilib.
Hüseyn Yusubov nazir müavini təyin olunmamışdan əvvəl azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli (Borçalı) bölgə qubernatorunun müavini vəzifəsində işləyib.
Hüseyn Yusubov eyni zamanda Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, Gürcüstan Beynəlxalq Əlaqələr və Gürcüstan Biznes və Hüquq universitetlərinin Fəxri Doktorudur.
Ailəlidir. İki oğlu var. Hər ikisi ali məktəb tələbəsidir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.