From Wikipedia, the free encyclopedia
Haşimilər (ərəb. الهاشميون) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi.[1][2] Tarixdə bu razılaşma Şərifi həlli adlanır.[3]
Haşimi ailəsi | |
---|---|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir.[4] Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır.[5] Haşimilərin əjdadı Qətədə ibn İdris[6] daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi.[7]
Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur.[8] Osmanlıya qarşı 1916-cı ildə Ərəb üsyanını başlatdıqdan sonra o, ailəni Ərəb ölkələrinin kralı olaraq elan etdi (Ancaq Hicaz Kralı olaraq tanındı). Onun oğulları 1921-ci ildə I Abdulla və Feysəl ibn Hüseyn əl-Haşimi İordaniya və İraq taxtının varisi olaraq qəbul edildilər.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.