![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/54/Hamoun_wetland_2020-05-09_05.jpg/640px-Hamoun_wetland_2020-05-09_05.jpg&w=640&q=50)
Hamun gölü
From Wikipedia, the free encyclopedia
Hamun gölü və ya Hamun vahəsi — Əfqanıstan-İran sərhədindəki Sistan bölgəsində yerləşən Sistan qapalı hövzəsindəki göl və bataqlı ərazi. İranda Sistan gölü olaraq da tanınır. Ölçüsünə görə İranın ən böyük 3-cü gölü olan Hamun gölü həm də İranın şirinsulu ən böyük gölüdür.[1]
![]() | Bu məqalə qaralama halındadır. |
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Hamun gölü | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 500 m |
Yerləşməsi | |
30°45′55″ şm. e. 61°38′14″ ş. u. | |
Ölkə | |
![]() |
Bağla
Hamun yazda yaxınlıqdakı dağlarda qar əriməsinin nəticəsində İranın cənub-şərqindəki səhralarda və Əfqanıstan ilə Pakistanın ona bitişik ərazilərində adətən mövsümi xarakter daşıyan dayaz göllərə aid ümumi termindir.
Hamun çoxlu mövsümi su qolları ilə qidalanır. Əsas qolu Əfqanıstandakı Hinduquş dağlarından başlanan çoxillik Helmand çayıdır. Müasir dövrdə kənd təsərrüfatının suvarılması üçün bəndlərin inşasından əvvəl daşqınlar daha böyük göllər meydana gətirərdi.