Hattin döyüşü
From Wikipedia, the free encyclopedia
Hattin döyüşü — 1187-ci ilin 4 iyul tarixində Tiberiya yaxınlığında yerləşən Hattin təpələrində baş vermiş döyüş. Döyüş Birinci səlib yürüşü zamanı yaradılmış Qüds krallığının kralı Luzuinyalı Qay və Əyyubilərin başçısı Səlahəddin Əyyubinin qoşunları arasında baş vermişdir. Taktiki gedişlərin düzgün seçilməməsi nəticəsində xaçlı qoşunu müharibənin gedişində ciddi itkilər vermiş və bundan istifadə edən Əyyubilər düşmən ordusunu mühasirəyə alaraq məhv etməyə başlamışdır. 17 min xaçlı əsgərinin ölümü və Qüds krallığının kralı Luzuinyalı Qayın əsir düşməsi ilə nəticələnən müharibədə Səlahəddin Əyyubinin qoşunu mütləq zəfər əldə etmişdir. Əyyubilərə qarşı aparılan döyüşdə Qüds krallığına Məbəd cəngavərləri, Malta cəngavərləri və Antakiya knyazlığı kimi birliklər yaxından köməklik göstərirdi.
Hattin döyüşü | |||
---|---|---|---|
Tarix | 4 iyul, 1187 | ||
Yeri | Tiberiya yaxınlığında yerləşən Hattin təpələri | ||
Nəticəsi | Səlahəddin Əyyubinin zəfəri | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |