Hər şeyi riktırlamaq
From Wikipedia, the free encyclopedia
Hər şeyi riktırlamaq (ing. Total Rickall) – ABŞ elmi fantastika və qara komediya sitkomu "Rik və Morti"nin ikinci mövsümünün 4-cü, ümumilikdə isə 15-ci seriyası. Xuan Meza-Leonun rejissorluğu və Mayk Makmehenin ssenaristliyi ilə çəkilən seriya ilk öncə 16 avqust 2015-ci ildə Adult Swim vasitəsilə yayımlanmışdır.
Cəld faktlar Seriya nömrəsi, Rejissor ...
Hər şeyi riktırlamaq | |||
---|---|---|---|
ing. Total Rickall | |||
| |||
Seriya nömrəsi |
Mövsüm 2 Seriya 4 |
||
Rejissor | Xuan Meza-Leon | ||
Ssenarist | Mayk Makmehen | ||
İstehsal kodu | 204 | ||
İlk efir tarixi | 16 avqust 2015 | ||
Vaxt | 21:54 | ||
Seriya xronologiyası | |||
|
|||
Rik və Morti (II mövsüm) |
Bağla
Seriya Rikin ailənin içində yaddaşla oynaya bilən kosmik parazitin məskunlaşdığını öyrənməsi ilə başlayır. Bu kosmik parazitlər insanların yaddaşına saxta xatirələr daxil edərək onlarla birgə yaşayır və çoxalırlar. Rik evi karantinaya alıb kimin parazit, kimin əsl olduğunu müəyyənləşdirməyə çalışır.