I Maksimilian (Bavariya kürfürstü)
From Wikipedia, the free encyclopedia
I Maksimilyan (alm. Maximilian von Bayern) və ya Böyük Maksimilyan (17 aprel 1573[1], Münxen – 27 sentyabr 1651[2][3][…], İnqolştadt, Yuxarı Bavariya) — ilk Bavariya kürfürstü. Maksimilian yerli feodalların müstəqilliyini azaldaraq Bavariyada mütləqiyyətçi hakimiyyətin əsasını qoyan bacarıqlı bir monarx idi. Dindar bir katolik, əksislahatın aparıcı tərəfdarlarından biri və knyazların Katolik liqasının qurucusu idi. Otuzillik müharibədə o, Yuxarı Pfals bölgəsini, eləcə də Vittelsbax qohumu V Frederikin seçki ləyaqəti ilə əlaqəli olan Pfals kürfürstlüyünü fəth edə bildi. 1648-ci ildəki Vestfaliya sülhü onun kürfürstlüyünü təsdiq etdi. Yuxarı Pfals və Pfals kürfürstlüyü isə sonradan Frederikin varisi I Karl Lüdviqə qaytarıldı və beləliklə Maksimilian Müqəddəs Roma İmperiyasının səkkizinci kürfürstünə çevrildi.
I Maksimilyan | |
---|---|
Bavariya hersoqu | |
Əvvəlki | V Vilhelm |
Sonrakı | Kürfürst oldu |
Əvvəlki | V Frederik |
Sonrakı | I Karl Lüdviq |
Əvvəlki | Özü, hersoq kimi |
Sonrakı | Ferdinand Mariya |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 aprel 1573[1] |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 1651(1651-09-27)[2][3][…] (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | V Vilhelm |
Anası | Lotaringiyalı Renata |
Həyat yoldaşları |
Lotaringiyalı Elizabet Avstriyalı Mariya Anna |
Uşaqları |
Ferdinand Mariya Maksimilyan Filipp |
Ailəsi | Vittelsbax sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |