Köçəri
From Wikipedia, the free encyclopedia
Köçəri ― Azərbaycanın milli rəqsi olan yallının bir növü.[1][2] “Köçəri” (sinonim: ötəri) sözünün azərbaycanca mənası bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən deməkdir.[3][4][5][6] Bu amil rəqsin də gedişində özünü göstərir belə ki, rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağara çalınır. 2/4 ritmində oynanılan bir rəqsidir. 1940-cı ildə erməni bəstəkarı Aram Xaçatryan konsert verərkən Azərbaycanın “Köçəri” rəqsindən istifadə edib. Bunun heç cür erməni rəqsinə bir aidiyyatı yoxdur. Qədim tarixə malik bu rəqs, Azərbaycanın folklor nümunəsidir.