Kürfürst
From Wikipedia, the free encyclopedia
Kürfürst (alm. Kurfürst, (dinləⓘ), hərfi mənada — "seçilmiş knyaz", Kür — "seçki" və Fürst — "knyaz"; lat. princeps elector imperii) və ya qısaca seçicilər, Müqəddəs Roma İmperiyasının imperatorunu seçən seçki kollegiyasının üzvləri idi. Reyxstaqlarda seçici knyazlar xüsusi kollegiya təşkil edirdilər, imperator və ya kraldan sonra gəlirdilər[1]. Onlar Müqəddəs Roma İmperiyasının sarayından azad idilər, onların mülkləri (knyazlıqları) bölünməz idi və onların Reyxstaqların təyin edilməsində iştirak etmək hüququ var idi. Kürfürstlərin xüsusi nişanları var idi: kürfürst geyimi və papaqları olurdu. 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləğvi ilə kürfürst titulları da bitdi, təkcə Hessen-Kassel 1866-cı ilə qədər onu saxladı.