SSRİ Dövlət Təhlükəsizlik Komitəsi
SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı / From Wikipedia, the free encyclopedia
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi | |
---|---|
Комитет Государственной Безопасности | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | Sovet Sosialist Respublikaları İttifaqı |
Yaradılma tarixi | 12 mart 1954 |
Əvvəlki qurum | SSRİ Xalq Daxili İşlər Komissarlığı |
Ləğv edilib | 3 dekabr 1991 |
Sonrakı | Rusiya Federal Təhlükəsizlik Xidməti |
Tabelik | Sovet Sosialist Respublikaları İttifaqı |
Ştat sayı |
|
Baş qərargah | |
Vikianbarda əlaqəli mediafayllar |
Sovet dövlət təhlükəsizlik orqanları tarixi | |
---|---|
|
SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı.
Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "…siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar…"[1]
1978-ci ildə o zamankı rəhbəri Yuri Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır.
1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur.
Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.