Kaffa dövləti
From Wikipedia, the free encyclopedia
Kaffa dövləti — indiki Efiopiya ərazisində mövcud olmuş tarixi dövlət. İlk paytaxtı Bonqa şəhəri olmuşdur. 1390-cı ildən 1897-ci ilə qədər mövcud olmuşdur. Qurucusu Mincodur.[1] Qoceb çayı onun şimal sərhədini təşkil edirdi. Kaffa qəhvənin vətəni hesab olunur.[2]