Karlsbad Mağaraları Milli Parkı
From Wikipedia, the free encyclopedia
Karlsbad Mağaraları Milli Parkı — ABŞ-də, Nyu-Meksiko ştatının Eddi Kaunti bölgəsində yerləşən milli park. Park UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.[2]
Karlsbad Mağaraları Milli Parkı | |
---|---|
ing. Carlsbad Caverns National Park | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 239 723 ha |
Yaradılma tarixi | 14 may 1930 |
Ziyarətçi sayı |
|
Ümumdünya irsi | №721 (1995) |
Yerləşməsi | |
32°10′31″ şm. e. 104°26′38″ q. u. | |
Ölkə | ABŞ |
Yerləşməsi | Nyu-Meksiko |
Yaxın şəhər | Karlsbad |
nps.gov/cave/index.htm | |
Rəsmi adı | Carlsbad Caverns National Park |
Tipi | Təbii |
Kriteriya | vii, viii |
Tarixi | 1995 (19-cu sessiya) |
İstinad nöm. | 721 |
Vikianbarda əlaqəli mediafayllar |
Karlsbad Mağaraları Milli Parkı ABŞ-ıb Nyu-Meksiko ştatının cənub-şərqindədir. Milli parkın əsas cəlbedici yeri turistik mağara olan Karlsbad mağaralarıdır. Milli park Milad bayramı və Yeni il istisna olmaqla ilin hər günü ziyarətçilərə açıqdır. Turistlər mağaranı gəzmək üçün girişdən daxil ola və ya lifdən istifadə edə bilərlər.
Mağaranın girişi Karlsbad mağarasının təxminən 18 mil cənub-qərbində yerləşir. Milli park Junior Ranger proqramında iştirak edir. Milli parkın iki yeri Milli Tarix Yerləri Siyahısına düşmüşdür: Mağaralar Tarixi Bölgəsi və Ratlsneyk Qeyzerləri Tarixi Bölgəsi. Milli parkın 2/3 hissəsinın səhralardan ibarət olması buranın gələcəkdə dəyişikliklərə uğramasına imkan vermir.
Karlsbad mağaralarına Big Room adında təbii əhəngdən ibarət 1220 metr uzunluğunda, 191 metr genişliyində və 78 metr hündürlüyündə böyük bir salon da daxildir. Bu Şimali Amerikada ən böyük 5-ci, dünyada isə ən böyük 28-ci mağara salonudur. Dünyada ən böyük mağara salonu isə Malayziyadakı Saravak Mağara Salonudur.