Kartli çarlığı
From Wikipedia, the free encyclopedia
Kartli çarlığı[1] — Şərqi Gürcüstanda dövlət. XV əsrin 2-ci yarısında vahid Gürcüstan çarlığının parçalanması nəticəsində yaranmışdı. Paytaxtı Tiflis idi. Dövlətin iqtisadiyyatı natural təsərrüfata əsaslanırdı. Kartli çarlığı yarımmüstəqil inzibati vahidlərə (satavado) bölünürdü. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində çarlığın iqtisadi və mədəni həyatında yüksəliş baş vermidi. Kartli çarlığı XVI– XVIII əsrlərdə müstəqillik uğrunda Səfəvilər dövləti və Osmanlı İmperiyasına qarşı mübarizə aparmışdır. 1723-cü ildə çarlıq Osmanlı İmperiyası tərəfindən, 1735-ci ildə isə Nadir şahın qoşunları tərəfindən tutmuşdu. Nadir şahın ölümündən sonra yenidən müstəqil olan Kartli, 1762-ci ildə, çar II İraklinin dövründə, Kaxeti çarlığı ilə birləşdi; vahid Kartli-Kaxeti çarlığı yarandı. 1801-ci ildə isə Kartli-Kaxeti çarlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Tarixi dövlət | |||||
Kartli çarlığı | |||||
---|---|---|---|---|---|
ქართლის სამეფო | |||||
|
|||||
|
|||||
Paytaxt | Tbilisi | ||||
Rəsmi dilləri | Gürcü dili | ||||
Dövlət dini | Pravoslav, İslam | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |