Kerepeşi məzarlığı

Macarıstanda məzarlıq From Wikipedia, the free encyclopedia

Kerepeşi məzarlığımap

Kerepeşi məzarlığı (mac. Kerepesi úti temető or Kerepesi temető) — Macarıstanın Budapeşt şəhərində yerləşən məşhur məzarlıq. Bura Macarıstan tarixində indiyə kimi qorunub saxlanılmış ən qədim məzarlıqlardan biridir.[1]

Cəld faktlar Ölkə, Şəhər ...
Qəbiristanlıq
Kerepeşi
mac. Kerepesi úti temető or Kerepesi temető
Thumb
Thumb
Ölkə Macarıstan
Şəhər Budapeşt
Əsası qoyulub 1 aprel 1849
İlk dəfn 1851
Sahəsi
  • 56 ha
Sayt fiumeiutisirkert.nori.gov.hu
47°29′45″ şm. e. 19°05′26″ ş. u.HGYO
Thumb
Kerepeşi
Kerepeşi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

1847-ci ildə qurulan Kerepeşi məzarlığı Keleti dəmir yolunun yaxınlığında, Yojefvaroşun çölünə yerləşir. Bura Budapeşt şəhərinə 2 km-lik məsafədə yerləşməsinə baxmayaraq şəhərin daxili məzarlığı sayılır. Kerepeşi məzarlığı təxminən 56 hektarlıq ərazini əhatə edir və Avropanın ən böyük milli sərdabələrindən biridir.

Məzarlıqda ilk dəfn mərasimi 1849-cu ildə açılışından 2 il sonra həyata keçirilmişdir. Həmin gündən bir çox macar dövlət adamları, yazarlar, heykəltaraşlar, elm adamları, sənətçilər burada dəfn edilmişdir. 1885-ci ildə məzarlıq “Şərəfli torpaq” elan edilmişdir. Buradakı ən qədim məzar 1855-ci ildə vəfat etmiş Mixali Vöröşmartiyə aiddir. 1940-cı ilə qədər bir çox məzar buradan köçürülmüşdür. 1952-ci ildə isə məzarlıq bir müddət qapadılmışdır. Buna səbəb həm II Dünya müharibəsi , həm də kommunist hakimiyəti zamanı məzarlara ciddi zərərlərin dəyməsi idi. Məzarlıq ərazisinin bir qismi yaxınlıqdakı kauçuk fabrikinə satıldı və 1953-cü ildə dağıdıldı.

1958-ci ildə burada Olçşay-Kiss Zoltan tərəfindən  “Zəhmətkeşlər hərəkatı” üçün abidə inşa edilmişdir. Sonralar kommunist hökuməti süqut etsə də, Kerepeşi hələ də xalq tərəfindən kommunist məzarlığı adlandırılırdı.

Daha sonra məzarlıq ərazisində yeni parkların salınması, məzar və abidələrin genişləndirilməsi ilə Kerepeşi günümüzdəki görüntüsünü əldə etmişdir. Salqotaryani küçəsində yerləşən yəhudi məzarlığı əslində Kerepeşini qərb hissəsidir. Lakin aralarında daş divar inşa edilmişdir.

2007-ci ildə lentə alınan Zolaqlı pijamalı oğlan filminin son səhnəsi də məhz Kerepeşi məzarlığında çəkilmişdir.

Əsas hissələri

Kerepeşi o cümlədən, 1908-1911-ci illərdə inşa edilmiş arkadaları ilə məşhurdur. Burada 1929-cu ildə Macarıstanın incəsənət xadimlərinin qəbirlərindən ibarət xüsusi sənətçi guşəsi yaradılmışdır.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.