Klov sarayı
From Wikipedia, the free encyclopedia
Klov sarayı (ukr. Кловський палац) — Kiyevdə Ukrayna Ali Məhkəməsinin yerləşdiyi bina. Bina adını Peçersk rayonunun Klov məhəlləsindən almışdır.
Klov sarayı Кловський палац | |
Ölkə | Ukrayna |
Şəhər | Kiyev |
İnşaatçı | Kiyev-Peçora lavrası |
Memarları | İohann Şedel Qotfrid Pyotr Neyelov |
Memarlıq quruluşu | barokko |
İnşası | 1753—1762-ci illər |
Barok üslublu iqamətgah 1752-1756-cı illər arasında Kiyev-Peçora lavrası tərəfindən ayrılmış vəsait hesabına inşa edilmişdir. Rus kral ailəsinin monastıra səfərləri zamanı ondan əvvəlki taxta sarayda olduğu kimi sarayda qalması gözlənilirdi.[1] Memarlarının İohann Şedel Qotfrid və Pyotr Neyelov olduğu güman edilir..[2] Faktiki tikintiyə Stepan Kovnir nəzarət edirdi. Əsas zalda 1760-cı ildə fresk edilmiş plafond vardır. Sarayın ətrafında bağ da salınmışdı.
Saray kral ailəsi tərəfindən ziyarət edilmədiyindən, yararsız vəziyyətə düşmüşdü. 1787-ci ildə Kiyevdən keçən Rusiya imperatriçası II Yekaterina iqamətgahı üçün Mariinski sarayına üstünlük verdi.[2] 1858-ci ildə yanğın nəticəsində saray dağılsa da, qısa müddətdən sonra yuxarı mərtəbə və yan əlavələri ilə yenidən quruldu. Rusiya inqilabından sonra saray yandı. 1970-ci illərdə sarayda bərpa prosesləri aparılıb.