Kompüter proqramı
From Wikipedia, the free encyclopedia
Kompüter proqramları — konkret məsələnin (mətnin redaktəsi, mühasibat uçotu və ya verilənlərin idarə edilməsi) həllini təmin edən kompüter təlimatları yığımı. Kompüterin ardıcıl yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur.
Hər bir proqram tərtib edilərkən müəyyən alqoritmdən istifadə edilir. Proqram hər bir alqoritmi maşının başa düşəcəyi formada ifadə edir, maşının girişinə verilən informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarət alqoritmdir.
Kompüter proqramı – EHM-lərin idarəetmə qurğusu tərəfindən yerinə yetirilmək üçün formal göstərişlər ardıcıllığı (çox hallarda ayrıca fayl şəklində tərtib olunmuş). Proqram göstərişləri maşın kodu və ya xüsusi proqramlaşdırılmış dillərinin köməyi ilə yazılır. Kompüterdə yerinə yetirilmək üçün hazır proqram yerinə yetirilə bilən maşın koduna çevrilir (kompilyasiya edilir).
Kompüter proqramı – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu (kompüter proqramı ilkin, yaxud obyekt kodlarında ifadə edilmiş həm əməliyyat sistemi, həm də tətbiqi proqramı əhatə edir). Üç cür kompüter proqramları mövcuddur: sistem proqramları, tətbiqi proqramlar, alqoritmik dillər proqramı.