Kondominium (beynəlxalq hüquq)
From Wikipedia, the free encyclopedia
Kondominium (lat. con — birlikdə və dominium — mülkiyyət hüququ) beynəxalq hüquqda eyni ərazinin bir neçə dövlət tərəfindən ortaq idarə edilməsi deməkdir.
Nəzəri cəhətdən mümkün olan kondominium tarixdə çox da tez rast gəlinmir. Az olmanın əsas səbəbi suveren dövlətlər arasında əməkdaşlıq təminatının çətinliyidir; ölkələr arasında anlayış pozulan kimi, kondominium statusunu itirmək təhlükəsi ilə qarşılaşır.