Konstitusiyalı monarxiya
Hökmdarın səlahiyyətlərinin konstitusiya ilə məhdudlaşdığı rejim / From Wikipedia, the free encyclopedia
Konstitusiyalı monarxiya — monarxın hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırılmış hakimiyyət quruluşu.
Konstitusiyalı monarxiyada real qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsusdur.
Monarxiya iki növə ayrılır: nümayəndəli (və ya dualist) və parlamentli.
Dualist monarxiyaya misal olaraq İordaniya, Mərakeş, Küveyti göstərmək olar. (Küveyti bəzən mütləq monarxiyaya aid edirlər).