Krım tatarlarının bayrağı
From Wikipedia, the free encyclopedia
Krım tatarlarının bayrağı yuxarı sol küncündə sarı daraq damğası olan göy parçadan ibarətdir.
Krım tatarlarının bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadəsi | Mülki və dövlət bayrağı |
Proporsiya | 1:2; 2:3 |
Vikianbarda əlaqəli mediafayllar |
Bayraq ilk dəfə 1917-ci ildə Rusiyada Fevral inqilabından sonra Krım Tatar Milli Qurultayı tərəfindən qəbul edilmişdir.[1][2][3]
30 iyun 1991-ci ildə təzədən qurulan Qurultayda bayraq yenidən milli simvol olaraq qəbul edildi.[4]
2010-cu ildən bəri 26 iyun Krım tatarları tərəfindən Krım Tatar Bayrağı Günü kimi qeyd olunur.[5][6]
22 iyul 2012-ci il tarixində V çağırış Krım Tatar Xalqının Qurultayı qərar aldı ki, Krım Tatar Xalqının Məclisi, VI çağırış Krım Tatar Xalqının Qurultayının təsdiqlməsi üçün Krım Tatar xalqının milli bayrağının təsviri, rəsmi istifadə qaydası və hüquqi qorunması məsələsini həll edən "Krım Tatar Xalqının Dövlət bayrağı haqqında" əsasnaməni hazırlasın.[7]