From Wikipedia, the free encyclopedia
Krit müharibəsi və ya Kritin fəthi (yun. Κρητικός Πόλεμος, it. Guerra di Candia ) — Osmanlı-Venesiya müharibələrinin beşincisinə verilən ad. Müharibə Venesiya Respublikası ilə müttəfiqləri (Malta, Papalıq və Fransa Krallığı) və Osmanlı İmperiyası arasında aparıldı. Krit adasının fəthi 1645-ci ildə başlamış və 1669-cu ilə qədər davam etmişdir. Müharibə çərçivəsində Krit xaricində Egey dənizi və Dalmaçiya sahillərində qarşıdurmalar yaşandı.
Krit müharibəsi | |||
---|---|---|---|
Osmanlı-Venesiya müharibələri | |||
Tarix | 1645-1669'cu illər arası | ||
Yeri | Krit, Dalmatsiya, Egey dənizi | ||
Nəticəsi | Krit adası Osmanlının əlinə keçdi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Kritin böyük bir hissəsi müharibənin ilk illərində Osmanlılar tərəfindən fəth edilərək Krit vilayətinə çevrilsə də, Heraklion qalası uzun müddət müqavimət göstərməyə davam etdi. Mühasirə zamanı Venesiyalılar, Osmanlı təchizat yollarını kəsərək ordunu geri çəkilməyə məcbur etməyi hədəflədilər. Beləliklə, qarşıdurmalar sadəcə ada ilə yetinmədi müxtəlif dəniz döyüşləri və sahil basqınları baş verdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.