Laplandiya ekspedisiyası
From Wikipedia, the free encyclopedia
Laplandiya ekspedisiyası — 1732-ci ilin may-oktyabr aylarında İsveçin ən şimal nöqtəsi olan Laplandiyaya təşkil edilmiş ekspedisiya nəzərdə tutulur. Bu ekspedisiya Karl Linney tərəfindən təşkil edilmiş və onun elmi fəaliyyətinin əsasını təşkil etmişdir.
Linney Uppsaladan ayrılmış və saat əqrəbi istiqamətində Bothniya körfəzi boyunca gedərək 6 ay boyunca Umeaodan, Luleodan və Torniodan iç qisimlərə doğru səyahətlər gerçəkləşdirdi. Bu səyahət zamanı müşahidə etdiklərini 1737-ci ildə Laplonnika florası adlı kitabında yazmışdır. Bu kitabda Linneyin nomenklatura və təsnifat haqqında fikirləri ilk dəfə praktiki şəkildə istifadə edilmişdir.[2] Onun ölümündən sonra ekspedisiyasından bəhs edən yazdıqları ölümündən sonra - 1811-ci ildə ingilis dilinə tərcümə edilmiş və Lachesis Lapponica: A Tour in Lapland adı ilə nəşr edilmişdir.[3]