Litva coğrafiyası
From Wikipedia, the free encyclopedia
Litva — Avropada, Baltik dənizinin sahilində yerləşən dövlət. Sahəsi 65 300 km² təşkil edir.
Sərhədlərinin ümumi uzunluğu — 1 273 km, Belarusiya ilə cənub və cənub-şərqdən — 502 km, Latviya ilə şimaldan — 453 km, Polşa ilə cənubdan — 91 km, Rusiya (Kalininqrad vilayəti) ilə isə qərbdən — 227 km.
Sahil xəttinin uzunluğu — 99 km. Ərazisi əsasən düzənlikdən ibarətdir.
Ölkənin ən hündür zirvəso Aukştoyo (Aukštojo kalnas) dağıdır. Ölkənin cənub-şərqində, Vilnyusdan 23,5 km aralıda yerləşir. Hündürlüyü 283,84 metr təşkil edir.
İri çayları — Neman çayı (Нямунас, lit. Nemunas) və Neris çayı (lit. Neris). Ərazisinfə 3 minə yaxın göl vardır. Ən böyük gölü Drukşyay gölüdür (lit. Drūkšiai, belar. Дрысвяты). Göl Latviya, Litva və Belarusun sərhəddində yerləşir. Sahəsi 44,5 km² təşkil edir. Ən dərin gölü isə Tauraqbas (lit. Tauragnas) gölüdür. Onun dərinliyi isə 61 netrdir. Ən uzun gölü Asveyadır (lit. Asveja, onun maksimal uzunluğu 30 kilometrdir. Dünyanın ən uzun dillərindən biri olan Kurş dilinin bir hissəsi onun ərazusində yerləşir[1].