![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fd/Polish_and_Lithuanian_Conflict_with_Prussia._1377-1435..png/640px-Polish_and_Lithuanian_Conflict_with_Prussia._1377-1435..png&w=640&q=50)
Litvada vətəndaş müharibəsi (1389–1392)
Polşa kralı və Böyük Litva knyazlığı hersoqu Yaqaylo və Şahzadə Vitovt arasında hakimiyyət uğrunda gedən ikinci müharibədir. / From Wikipedia, the free encyclopedia
1389–1392-ci illər Litvada vətəndaş müharibəsi — əmi oğlanları – Polşa kralı və Böyük Litva knyazlığı hersoqu Yaqaylo ilə hersoq Vitovt arasında hakimiyyət uğrunda gedən ikinci müharibə. Onların ilk qarşıdurması barışıq ilə nəticələnsə də, əsas ziddiyyətlər aradan qaldırılmadı. Yadviqa ilə nikahından sonra Yaqaylo 1386-cı ildə II Vladislav adı ilə Polşa taxtına çıxdı və yerinə qardaşı Skirqaylonu hersoqluğun qubernatoru təyin etdi. Skirqaylonun əhali arasında populyar olmamasından istifadə edən, Vitovt Litva taxtı uğrunda mübarizəni davam etdirmək qərarına gəldi. Böyük Vilnüs hersoqluğunun paytaxtını ələ keçirmək üçün uğursuz cəhddən sonra Vitovt Tevton ordeninin cəngavərləri ilə ittifaqa girdi. Orden Litvanın yeganə düşməni idi, lakin öz maraqlarına görə bir çox Litva knyazları, xüsusən də, Vitovt və Yaqaylo onunla müttəfiqlik münasibətləri qurmağa can atırdılar.
Litva vətəndaş müharibəsi (1389-1392) | |||
---|---|---|---|
Böyük Litva knyazlığında hakimiyyət uğrunda Vitovt və Yaqaylonun münaqişəsinin bir hissəsi | |||
![]() XIV əsrin sonu - XV əsrin əvvəllərində Tevton ordeni, Litva və Polşa | |||
Tarix | 1389–1392 | ||
Yeri | Böyük Litva knyazlığı, Prussiya | ||
Səbəbi | Böyük Litva knyazlığında hakimiyyət uğrunda Vitovt və Yaqaylonun mübarizəsi, Krev İttifaqının bağlanması. | ||
Nəticəsi | tərəflərin razılaşması nəticəsində, Vitovt Böyük Litva knyazlığının hersoqu oldu, Yaqaylo da onun hökmdarı kimi tanıdı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Qarşıdurmada qalib müəyyən edilmədiyindən, bu da tərəfləri güzəştə getməyə vadar etdi. 1392-ci ildə bağlanmış Ostrov müqaviləsinin şərtlərinə görə Vitovt Yaqaylonu Litvanın ali hökmdarı kimi tanıdı və özü də Böyük Litva knyazlığının hersoqu oldu.