Loren Alfonso Dominges
Kuba və Azərbaycan boksçusu / From Wikipedia, the free encyclopedia
Loren Alfonso Dominges (28 may 1995; Havana, Kuba) — 2017-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2019-cu il Avropa Oyunlarının və 2021-ci il Dünya Çempionatının qalibi, 2020-ci il Olimpiya Oyunlarının isə bürünc medalçısı.
Loren Alfonso Dominges | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Tam adı | Loren Alfonso Dominges | |||||||||||||||||||||||||
Vətəndaşlığı |
Kuba (2014—2017) → Azərbaycan (2017—) |
|||||||||||||||||||||||||
Doğum tarixi | (29 yaş) | |||||||||||||||||||||||||
Doğum yeri | Havana, Kuba | |||||||||||||||||||||||||
Boyu | 190 sm. (6 ft 7 in) | |||||||||||||||||||||||||
İdman növü | Boks | |||||||||||||||||||||||||
Karyera illəri | 2014— | |||||||||||||||||||||||||
Komandası | Qəbələ İdman Klubu | |||||||||||||||||||||||||
Medallar
|
Loren Alfonso 2019-cu ildə Belarusda baş tutan II Avropa Oyunlarının final görüşündə Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medala sahib olan Loren Alfonso, 2021-ci ilin noyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatının həlledici görüşündə Braziliya təmsilçisi Keno Maçado üzərində 3:2 hesabı ilə qələbə qazanaraq Dünya Çempionatının qalibi olub.
Loren Alfonso Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.