Müqəddəs Nedeli kafedralı
Sofiyada kilsə / From Wikipedia, the free encyclopedia
Müqəddəs Nedeli kafedralı (bolq. Църква Света Неделя) — Bolqar Pravoslav Kilsəsinin Sofiya Metropoliyasının kafedralı. Kilsə Balkanlarda Müqəddəs Nedeli olaraq tanınan Nikomedialı müqəddəs şəhid Kiriakinin adını daşıyır.[1] Müqəddəs Nedeli məbədi X əsrdə inşa edilib. XVIII əsrdən isə şəhərin əsas kilsəsi olub. Müqəddəs bina əsrlər boyu dağıdılıb və dəfələrlə yenidən qurulub. Məbədin indiki binası Sofiyanın görməli yerləri arasındadır. O, məşhur Bolqarıstan memarlıq cütlüyü Vasilyov-Tsolov tərəfindən layihələndirilib. Serb kralı Stefan Uros II Milutinin qalıqları kilsədə saxlanılır.
Cəld faktlar Ölkə, Tikilmə tarixi ...
Müqəddəs Nedeli kafedralı | |
---|---|
42°41′48″ şm. e. 23°19′17″ ş. u. | |
Ölkə | |
Tikilmə tarixi | X əsr |
Uzunluğu |
|
Eni | 15,5 m |
Material | kərpic |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla