Məşədi Dadaş məscidi
From Wikipedia, the free encyclopedia
Məşədi Dadaş məscidi — Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 37-də ("Kubinka" ərazisində) yerləşən tarixi məscid.
Məşədi Dadaş məscidi | |
---|---|
40°22′57″ şm. e. 49°50′00″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı Bakı |
Yerləşir | Nəsimi rayonu |
Memar | Məşədi Dadaş Məşədi Zülfüqar oğlu |
Tikilmə tarixi | XVIII əsr |
Vəziyyəti | stabil |
Bu məscid təkiyyə olaraq tikilib, yəni İmam Hüseyn üçün əzadarlıq məclisləri təşkil olunan yer olub. Sonradan bura məscid kimi fəaliyyətə başlayıb. Məscid sovet dövründə anbar, kitabxana və klub kimi istifadə olunub. 1990-cı ildən yenidən ibadətgah kimi fəaliyyətini bərpa edib. Müstəqillik dövründə ilk dəfə 2001-ci ildə təmir olunub.
2014-cü ildə məscidin nəzdində "Darul-Hikmət" Elm və Tədris Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin mərkəz nəzdində tələbələrin ixtiyarına verilmiş kitabxana da mövcuddur.
Hazırda məscidin ön hissəsində bu məsciddə ibadət edən İkinci Qarabağ müharibəsi şəhidlərin adları olan lövhə və xatirə tablosu qoyulub. İbadətgahın içəsində də şəhidlərin şəkilləri olan tablo var.
Məscid əsasən 2002–2023-cü illərdə burada axund, imam-camaat və imam-cümə olaraq fəaliyyət göstərmiş Hacı Şahinin adı ilə birgə anılıb.