Məhəmməd Yunus
From Wikipedia, the free encyclopedia
Məhəmməd Yunus (28 iyun 1940[1][2][…], Çittaqonq, Britaniya Hindistanı) — Banqladeşli sosial sahibkar, bankir, iqtisadçı və vətəndaş cəmiyyəti lideri.
Məhəmməd Yunus | |
---|---|
benq. মুহাম্মদ ইউনুস | |
| |
Doğum tarixi | 28 iyun 1940(1940-06-28)[1][2][…] (83 yaş) |
Doğum yeri |
|
Milliyyəti | banqladeşli |
Dini | İslam |
İxtisası |
İnkişaf iqtisadiyyatı Mikrokredit nəzəriyyəsi |
Təhsili |
Dəkkə Universiteti (Bakalavr, magistratura) Vanderbilt universiteti (Fəlsəfə doktoru) |
Fəaliyyəti | iqtisadçı, təşəbbüskar, universitet müəllimi[d], bankir |
Elmi dərəcəsi |
|
Mükafatları |
Ramon Magsaysay mükafatı (1984) Müstəqillik mükafatı (1987) Ağa Xan Memarlıq mükafatı (1989) Dünya Qida mükafatı (1994) Beynəlxalq Pfeffer sülh mükafatı (1994) Beynəlxalq Simon Bolivar mükafatı (1996) Avstriya Şahzadəsi mükafatları(1998) Qandi sülh mükafatı(2000) Volvo ətraf mühitin müdafiəsi mükafatı (2003) Seul sülh mükafatı (2006) Nobel sülh mükafatı (2006) Prezident Azadlıq medalı (2009) Konqresin Qızıl medalı (2010) |
muhammadyunus.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Grameen Bankını təsis etdiyinə və mikrokredit və mikromaliyyə konsepsiyalarına öncülük etdiyinə görə Nobel sülh mükafatına layiq görülmüşdür.[3] Bu kreditlər ənənəvi bank kreditlərini ala bilməyəcək qədər yoxsul sahibkarlara verilir. Yunus və Grameen Bank birlikdə "təməldən iqtisadi və sosial inkişafı yaratmaq üçün mikro kreditlər sahəsində göstərdikləri səylərə görə" Nobel sülh mükafatına layiq görülüblər. Norveç Nobel Komitəsi bildirib ki, “əhalinin böyük qrupları yoxsulluqdan qurtulmağın yollarını tapmasa, davamlı sülh əldə edilə bilməz”, "mədəniyyətlər və sivilizasiyalar arasında Yunus və Grameen Bank göstərdilər ki, hətta ən yoxsul təbəqə belə öz inkişafını təmin etmək üçün çalışa bilər". Yunus bir sıra digər milli və beynəlxalq mükafatlara layiq görülüb.[4] 2009-cu ildə ABŞ-nin Prezident Azadlıq medalı və 2010-cu ildə Konqresin Qızıl medalı ilə təltif olunub.[5]
2008-ci ildə "Foreign Policy" jurnalının "Top 100 Global Thinkers" siyahısında 2-ci yerdə qərarlaşıb.[6]
2011-ci ilin fevral ayında Yunus Saskiya Bruysten, Sopfia Eysenmann və Hans Reytz ilə birlikdə Yunus Social Business – Global Initiatives (YSB) şirkətini təsis edir. YSB bütün dünyada sosial problemləri həll etmək üçün sosial biznesləri yaradır və onlara səlahiyyətlər verir. Yunusun yeni, humanist kapitalizm vizyonunun beynəlxalq icra qolu kimi, YSB inkişaf etməkdə olan ölkələrdə sosial bizneslər üçün inkubator fondlarını idarə edir və şirkətlərə, hökumətlərə, fondlara və QHT-lərə məsləhət xidmətləri göstərir.
2012-ci ildə Şotlandiyanın Qlazqo Kaledoniya Universitetinin rektoru olub, 2018-ci ilə qədər bu vəzifəni tutub. Əvvəllər o, Banqladeşin Çittaqonq Universitetində iqtisadiyyat üzrə professor olub.[7][8] Maliyyə işi ilə bağlı bir neçə kitabı nəşr edilib.[9] O, mikrokreditləri dəstəkləyən Grameen America və Grameen Foundation-ın təsis heyətinin üzvüdür.
Yunus eyni zamanda 1998-ci ildə amerikalı xeyriyyəçi Ted Törnerin BMT-nin işlərinə dəstək üçün 1 milyard dollarlıq hədiyyə etdiyi ictimai xeyriyyə təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının direktorlar şurasında işləyir.[10]