Məhəmmədrza Zahidi
From Wikipedia, the free encyclopedia
Məhəmmədrza Zahidi (fars. محمدرضا زاهدی, 2 noyabr 1960, İsfahan, Pəhləvilər – 1 aprel 2024[4][5], Mezzeh[d][4]) — İranlı hərbi xadim, Briqada generalı. İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli mənsubu. Müxtəlif zamanlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarına rəhbərlik etmiş[6], ölümünə qədər Qüds qüvvələrinin əsas səhra komandirlərindən biri kimi çıxış etmişdir.[3]
Məhəmmədrza Zahidi | |
---|---|
fars. محمدرضا زاهدی | |
| |
Şəxsi məlumatlar | |
Ləqəbi | Həsən Məhdəvi |
Doğum tarixi | [1] |
Doğum yeri | İsfahan, İran |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Dəməşq[2], Suriya |
Vəfat səbəbi | hava zərbəsi |
Vətəndaşlığı | İran |
Milliyyəti | Fars |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İran Silahlı Qüvvələri |
Qoşun növü | İslam İnqilabı Keşikçiləri |
Hərbi hissə | Qüds qüvvələri |
Xidmət illəri | 1979–2024 |
Rütbəsi | Briqada generalı |
Döyüşlər |
İran–İraq müharibəsi[3] Suriyada vətəndaş müharibəsi[3] Qəzzədə müharibə |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1979-cu ildən etibarən İran Silahlı Qüvvələrində xidmət edən Zahidi ordunun əsas hərbi fiqurlarından biri hesab olunurdu və İranın Yaxın Şərq regionundakı xarici maraqlarının təmin edilməsində vasitəçi şəxs kimi önə çıxmışdır.
Zahidi 2024-cü ilin 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran səfirliyinə qarşı törədilmiş bombardıman hücumu nəticəsində həlak olub. İran və müxtəlif mənbələr hücumun İsrail tərəfindən həyata keçirildiyini bəyan ediblər.[7][8]