![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bd/Coloured_Trek-boer_nomads_-_Cape_Colony.jpg/640px-Coloured_Trek-boer_nomads_-_Cape_Colony.jpg&w=640&q=50)
Məskunlaşma kolonializmi
From Wikipedia, the free encyclopedia
Məskunlaşma kolonializmi və ya məskunlaşma müstəmləkəçiliyi,[1] məskunlaşdırma müstəmləkəçiliyi[2] — kolonialistlərin mövcud cəmiyyəti daimi olaraq kolonialistlərin cəmiyyəti ilə əvəz etmək üçün əraziyə hücum və işğal etməsi ilə baş tutan kolonializm növü.[3][4][5]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bd/Coloured_Trek-boer_nomads_-_Cape_Colony.jpg/640px-Coloured_Trek-boer_nomads_-_Cape_Colony.jpg)
Məskunlaşma kolonializmi adətən imperiya hakimiyyəti tərəfindən təşkil edilən və ya dəstəklənən, məskunlaşma kolonializmi vasitəsilə ərazi ilə əlaqə və ya nəzarəti saxlayan ekzogen hökmranlığın bir formasıdır.[6] Məskunlaşma kolonializmi istismar kolonializmi ilə ziddiyyət təşkil edir. Bu tip kolonializm əhalisini ucuz və ya pulsuz işçi qüvvəsi kimi, təbii sərvətlərini isə xammal kimi istismar etmək üçün əraziləri fəth etmək kimi iqtisadi siyasətdən ibarətdir. Bu istiqamətdə məskunlaşma kolonializmi nadir hallarda baş verən tam evakuasiya və ya məskunlaşma dekolonizasiyası istisna olmaqla qeyri-müəyyən müddətə davam edir.[7]
Məskunlaşma kolonializmi XVI–XX əsrlərdə Avropa güclərinin kolonial imperiyalarında xüsusilə qabarıq idi. Burların[8] Cənubi Afrikada məskunlaşması, britaniyalı,[9] fransız, portuqal[10] və ispanların[11] Amerikada genişlənməsi, eləcə də Kanar adalarının Kastiliya tərəfindən məskunlaşdırılması məskunlaşma kolonializminin klassik nümunələridir.[12][13]