M109 (özüyeriyən artilleriya qurğusu)
From Wikipedia, the free encyclopedia
M109 ABŞ istehsalı olan 155 mm-lik özüyeriyən haubitsadır. İlk dəfə 1960-cı illərdə istifadəyə verilmiş və bir neçə dəfə təkmilləşdirilmişdir. M109 ailəsi Qərb yarımkürəsi ölkələrinin zirehli və mexanikləşdirilmiş piyada diviziyalarının manevr briqadalarının ən çox yayılmış dolayı atəş dəstəyi silahıdır.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
M109-un altı ekipaj üzvü mövcuddur: bölmə komandiri, sürücü, topçu, topçu köməkçisi və iki sursat yükləyicisi. Topçu topu sola və ya sağa hərəkət etdirir, topçu köməkçisi isə topu yuxarı və aşağıya doğru hərəkət etdirərək hədəfləri nişan alır. M109A6 Paladinin isə yalnız dörd ekipaj üzvü olur: komandir, sürücü, topçu və sursat yükləyicisi.
İstehsalçı: ABŞ
İstehsalçı firma: General Motors
Tip: Özüyeriyən artilleriya qurğusu
İstehsal tarixi: 1991 – 2003
Xidmətə giriş ili: 1992 – günümüz
Ekipaj: 4-6 nəfər
İstehsal sayı: 969 ədəd