M2 xətti (İstanbul metropoliteni)
From Wikipedia, the free encyclopedia
M2 xətti — İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 2000-ci ildə istifadəyə verilmişdir. Xəttin yalnız Haliç stansiyası yerüstüdür, digər 15 stansiya yeraltıdır. Planlaşdırılan və davam edən stansiyalar istifadəyə verildikdə, İncirlidən Çayırbaşıya qədər uzanacaq və cənub-şimal istiqamətində İstanbulu kəsərək 22 stansiyaya sahib olacaqdır. M2 xətti ilk dəfə 2000-ci ildə Taksim və Levent arasında 5 stansiya ilə istifadəyə verildi və son olaraq Yeniqapı stansiyası istifadəyə verildi. Xətt tez-tez, təxminən 3 dəqiqədən bir işləyir.[1][2]
Cəld faktlar Birinci hissənin açılışı, Uzunluğu ...
M2 xətti | |
---|---|
İstanbul metropoliteni | |
Birinci hissənin açılışı | 16 sentyabr 2000 |
Uzunluğu | 23,5 km |
Stansiyaların sayı | 16 |
Qatardakı maksimum vaqon sayı | 6 |
Vaqon sayı | 6 |
İnterval | 5 dəqiqə |
Gündəlik ortalama sərnişin sayı | 320.000 adam |
Elektro-depo | Var |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla