From Wikipedia, the free encyclopedia
M H C (major histocompability complex - əsas histouyğunlaşma kompleksi) - molekullarının 2 sinifi mövcuddur. MHC molekullarının birinci sinifi orqanizmin bütün nüvəli hüceyrələrinin , ikinci sinifi isə əsasən immun hüceyrələrinin səthlərində yerləşirlər.Hər 2 tip molekullar superimmunoqlobulinlər fəsiləsinə aiddirlər. Birinci sinif MHC molekullar 3 domenli bir polipeptid zəncirindən və ona qeyri kovalent birləşmiş β2 mikroqlobulin molekulundan təşkil olunmuşdur .Onların antigen fraqmentləri ilə əmələ gətirdikləri kompleks T - sitotoksik hüceyrələri tərəfindən tanınır.İkinci sinif MHC molekulları isə bir biri ilə q.kovalent rabitələrlə birləşmiş iki heteropolipeptid zəncirlərdən ibarətdirlər və antigen fraqmentini T helperlərə təqdim edirlər.Antigenin tanınması isə qazanılmış immunitetin ən vacib mərhələsidir. Yalnız bundan sonra limfositlərin klonları activləşib immunoloji cavab reaksiyaları yarada bilirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.