Maşın Sazi FK
İran peşəkar futbol klubu / From Wikipedia, the free encyclopedia
Maşın Sazi FK (fars. باشگاه فوتبال ماشینسازی تبریز) — İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərini təmsil edən peşəkar futbol klubu. Klub hal-hazırda İranın ən yüksək liqası olan İran Pro-liqasında mübarizə aparır. Klub 2014-cü ildən Təbriz Bələdiyyəsinə məxsusdur. Klub 2016-cı ildə 19 illik fasilədən sonra yenidən İran çempionatının yüksək divizionuna qayıdıb.
Cəld faktlar Klubun tam adı, Ölkə ...
Maşın Sazi | |||
---|---|---|---|
Klubun tam adı |
Maşın Sazi Futbol Klubu fars. باشگاه فوتبال ماشینسازی تبریز |
||
Ölkə | İran | ||
Ləqəb(lər) | Yaşıl maşın, Maşınqayıranlar | ||
Rəng(lər) | Yaşıl-ağ | ||
Yaranma tarixi | 1969 | ||
Stadionu | Təxti stadionu[1] | ||
Tutumu | 25.000[2] | ||
Sahibi | Təbriz Bələdiyyəsi | ||
Prezidenti | Mir Məsum Söhrabi | ||
Baş məşqçisi | Fərhad Kazemi | ||
Liqa | İran milli futbol çempionatı | ||
2019/20 | 11. | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
"Maşın Sazi" Təbriz şəhərinin bir digər təmsilçiləri olan "Traktor Sazi", "Göstəriş Polad" və "Şəhrdari Təbriz" klubları ilə daimi rəqabət içərisindədir. Klub Rusiyanın "Torpedo Moskva" komandası ilə dostluq münasibətlərinə malikdir.