![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/65/WhiteTerror.gif/640px-WhiteTerror.gif&w=640&q=50)
Macarıstanda ağ terror
From Wikipedia, the free encyclopedia
Macarıstanda ağ terror (mac. fehérterror) əks inqilabçılar tərəfindən həyata keçirilmiş repressiya və zorakılıqla müşahidə edilmiş Macarıstan tarixinin iki illik bir dövrünü (1919–1921) əhatə etmişdir. Qısa ömürlü Macarıstan Sovet Respublikasını dəstəkləyənləri, yeni hökumətin müxalifətini əzmək və kommunistlərin Macarıstanda həyata keçirmiş olduqları Qırmızı terrora cavab məqsədilə edilmişdir. Ağ terrorun qurbanlarının çoxu yəhudilər olmuşdur.[1][2] Bu terror zamanı on minlərlə insan mühakiməsiz həbs edilmiş 1.000 nəfərə qədər insan öldürülmüşdür.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/65/WhiteTerror.gif/320px-WhiteTerror.gif)