Mahmudabad (Şimali Azərbaycan)
From Wikipedia, the free encyclopedia
Mahmudabad şəhəri — Həmdullah Qəzvininin yazdığına görə, tarixdə mövcud olmuş Mahmudabad şəhərini Elxani hökmdarı Mahmud Qazan xan öz adı ilə adlandırmışdır. Bəcirəvan şəhərindən 20 fərsəx (təqribən 140 km), Ərdəbildən 40 fərsəx (təqribən 280 km) məsafədə yerləşirdi. Mahmudabad şəhəri Güştasfi mahalının sənətkarlıq və ticarət mərkəzi olmuşdur. 1555-ci ildə Mahmudabadın hakimi Şərəf xan Bitlisi idi. Mahmudabad zərbxanasında Şirvanşahlar adından pul kəsildiyi də məlumdur. 1394-cü ildə Əmir Teymurun qoşunları, 1500-cü ildə isə I Şah İsmayılın qoşunları Mahmudabad yaxınlığında qışlaması barədə tarixi faktlar mövcuddur. Tarixdən o da məlumdur ki, Ağqoyunlularla Teymurilər arasında vuruşmalardan biri də Mahmudabad yaxınlığında baş vermişdir (1468/69-cu ildə). Ehtimal ki, XVII-XVIII əsrlərdə feodal ara müharibələri nəticəsində paytaxt Mahmudabad şəhəri tənəzzülə uğramışdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qədim şəhər | |
Mahmudabad | |
---|---|
Ölkə | Azərbaycan |
Vilayət |
Masallı rayonu Salyan rayonu |
Salınma tarixi | XIII əsrlər |
Banisi | Qazan xan |
Milli tərkibi | azərbaycanlılar |
Müasir yeri | Eminli və ya Salyan |
XVIII əsrin birinci yarısınadək Həməşəra şəhəri mövcud olub və şəhər sonuncu dəfə 1741-1742-ci illərdə Nadir şahın hücumu nəticəsində tamamilə dağıdılıb.[1]