Kösəm Sultan
From Wikipedia, the free encyclopedia
Mahpeykər Kösəm Sultan (osman. كوسم سلطان; təq. 1589 – 2 sentyabr 1651, Konstantinopol) — Osmanlı dövlət idarəsində önəmli rol oynamış Hasəki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə belə hərəmi və bütün imperiyanı idarə etmişdir. Sultan I Əhmədin hasəkisi, Sultan IV. Murad və I. İbrahimin validəsi, Sultan IV. Mehmedin Validə-i Müəzzəmidir (nənəsi). Osmanlı tarixinin 1603–1651 dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuşdur. Osmanlı tarixinin öldürülən ilk Validə Sultanıdır.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Mahpeykər Kösəm Sultan | |
---|---|
Naib-i Səltənət Validə-i Müəzzəmə Sahibət-ül Makam Validə-i Kəbir Ümmü'l Mümnin Validə-i Məktulə Validə-i Şəhidə | |
10 sentyabr 1623 – 2 sentyabr 1651 | |
Əvvəlki | Həlimə Sultan |
Sonrakı | Turhan Xədicə Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | |
Fəaliyyəti | Regent, qul[d] |
Həyat yoldaşı | I Əhməd |
Uşaqları |
Şahzadə Mehmed IV Murad Şahzadə Süleyman Şahzadə Qasım I İbrahim Ayşə Sultan Fatma Sultan Gövhərhan Sultan Xanzadə Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Saray tarixindəki ilk adı Mahpeykər olsa da, ləqəb olaraq işlətdiyi Kösəm adı sonradan əsl adı kimi işlədilmişdir. Kösəm sözü "yol göstərən, hər şeyi bilən" deməkdir. Mahpeykər Kösəm Sultanın saray daxilində və saray xaricindəki duruşu bir-birilə ziddiyyət təşkil edirdi. Saray daxilində ciddi və qəddar olaraq tanınsa da, xalq içində çox sevilmiş, hətta vəfatından sonra İstanbulda təqribən 14.000 nəfər ac qalmış, bütün şəhər əhalisi ölümündən sonra 40 gün yas tutmuşdur.