Maks Şmelinq
From Wikipedia, the free encyclopedia
Maksimilian Adolf Otto Ziqfrid Maks Şmellinq (Almanca tələffüz: [ˈʃmeːlɪŋ]; 28 sentyabr 1905[1][2][…] – 2 fevral 2005[1][2][…])– 1930-1932-ci illər aralığında ağır çəki üzrə boks yarışında dünya çempionu olmuş alman boksçu. Onun 1936 və 1938-ci illərdə amerikalı qaradərili boksçu Co Luislə olan qarşıdurması ümumdünya mədəni hadisələrdən birinə çevrilmişdir. 1924-cü ildə peşəkar karyerasına başlayan Şmelinq 1928-ci ildə ABŞ-a səfər etmişdir. Onun Conni Risko üzərində doqquzuncu raunddakı texniki nokautu sensasiyaya səbəb olmuşdur.
Maks Şmelinq | |
---|---|
Maksimilian Adolf Otto Ziqfrid Maks Şmellinq alm. Maximillian Adolph Otto Siegfried Schmeling | |
Ümumi məlumatlar | |
Ləqəbi | Reynin qara ulanı (ing. Black Uhlan of the Rhine) |
Boyu | 185 sm |
Doğum tarixi | 28 sentyabr 1905(1905-09-28)[1][2][…] |
Vəfat tarixi | 2 fevral 2005(2005-02-02)[1][2][…] (99 yaşında) |
Nəticələri | |
Döyüş | 70 |
• İlk | 2 avqust 1924 |
• Son | 31 oktyabr 1948 |
Qələbə | 56 |
Nokautla | 40 |
Məğlubiyyət | 10 |
Heç-heçə | 4 |
Vikianbarda əlaqəli mediafayllar |
O, 1930-cu ildə rəqibi Cek Şarkinin diskvalifikasiyası nəticəsində ağırçəki üzrə olan boks yarışlarında dünya çempionu olmuşdur. Maks 1931-ci ildə Yunq Striblinqə texniki nokautla qalib gələrək tacını uğurla qoruya bilmişdir. 1932-ci ildə Şarki ilə revanş zamanı Maks 15-ci raunda verilən ziddiyyətli qərar səbəbindən məğlub olaraq dünya tacını itirmişdir.
1933-cü ildə Nyu-Yorkda yəhudi əsilli boksçu Maks Bayerlə baş tutmuş döyüşdə Maks nokauta düşmüş, oyunun hakimi görüşü məcburi olaraq 10-cu raundda saxlamalı olmuşdur. 1933-cü ildən başlayaraq Şmelinq Almaniyada “Ziqfrid” adlandırılmış və nasist propaqandası tərəfindən “Nasist marionet”inə çevrilmişdir. O, ideal ari irqi sahibinin təcəssümünə çevrilmişdir.
1936-cı ilin 19 iyununda Co Luislə qarşılaşmanın 12-ci raundda rəqibini nokauta salan Şmelinq sensasiyaya çevrilmiş qələbə qazanmışdır. Lakin 1938-ci ildə keçirilmiş revanş görüşündə isə elə ilk raunddaca Co Luis onu nokaut etmişdir.
II Dünya müharibəsi zamanı Şmellinq [[Almaniya Hava Qüvvələrində (Lüftvaffe) paraşütçü(Fallschirmjäger) kimi xidmət etmişdir. .[3] Müharibədən sonra o, boksa geri qayıtsa da, lakin 1948-ci ildən təqaüdə çıxmaq qərarına gəlmişdir.
Boksu tərk etdikdən sonra Şmelinq Koka-Kola şirkətində çalışmışdır. Şmelinq 1981-ci ilə qədər (ölümünə qədər) Co Luislə yaxın dost olmuşdur. Şmelinq 2005-ci ildə 99 yaşında dünyasını dəyişmişdir. O, Almaniyanın idman ikonuna çevrilməyi bacarmışdır. II Dünya müharibəsinin bitməsindən bir xeyli müddət sonra Şmelinqin 1938-ci ildə baş tutmuş “Kristal gecə” hadisəsində iki yəhudi uşağın həyatını xilas etməsi xəbəri ictimaiyyətə açıqlanmışdır.[4] 2003-cü ildə Şmellinq The Ring jurnalının “bütün dövrlərin 100 ən yaxşı boksçusu arasında” 55-ci mövqedə qərarlaşmışdır.[5] O, 2005-ci il 2 fevral tarixində dünyasını dəyişmişdir.